...

Politoloq: Ermənistanda iqtisadi vəziyyətlə bağlı bədbinlik yaranıb

Siyasət Materials 3 May 2013 13:55 (UTC +04:00)
Erməni separatizminin müasir mərhələdə əsas müəllifi olan akademik Abel Aqanbekyan Ermənistanın iqtisadi inkişafından xeyli narazıdır. Onun fikrincə, Ermənistan iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlərdən 7 dəfə geri qalır.
Politoloq: Ermənistanda iqtisadi vəziyyətlə bağlı bədbinlik yaranıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/

Erməni separatizminin müasir mərhələdə əsas müəllifi olan akademik Abel Aqanbekyan Ermənistanın iqtisadi inkişafından xeyli narazıdır. Onun fikrincə, Ermənistan iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlərdən 7 dəfə geri qalır.

Trend xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Politoloqun sözlərinə görə, Aqanbekyan qeyd edib ki, Ermənistanda adambaşına düşən ÜDM 5,5 min dollar olduğu halda, bu rəqəm Rusiyada 20 min, "G-7" ölkələrində isə 40 min dollardır. Aqanbekyanın fikrincə, Ermənistanın ən böyük problemlərindən biri də ölkənin iqtisadi və sosial baxımdan geri qalmasıdır. Digər vacib problem paytaxt Yerevanla digər regionların inkişafı arasındakı fərqdir.

"Abel Aqanbekyan Ermənistanın iqtisadi inkişafı üçün "10 klaster İqtisadi İnkişaf Sxemi"ni təklif edir. Onun fikrincə, bu sxem yaxın 10 ildə Ermənistanın ümumu ÜDM-i 16,3 milyard dollar artıra bilər. A.Aqanbekyan SSRİ-nin prezidenti M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri idi. Onun "nəzəriyyəsinə" görə, SSRİ-nin iqtisadi inkişafı üçün Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-in tərkibindən çıxıb Ermənistan SSR-in tərkibinə girməsi vacibdir. Bu da nəticəsi. Bu anlamda keçmiş xarici işlər naziri Vardan Oskanyan Aqanbekyandan azacıq geri qalır. Xarici işlər naziri işləyəndə Ermənistanın "pələng sıçrayışlarını" təbliğ edirdi. İndi isə Ermənistanı tənqid edir, onu virtual dövlət adlandırır", Əhmədoğlu bildirib.

Mərkəzin direktoru qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistanda 2013-cü il üçün ÜDM-in artımını 4.5% olacağını proqnozlaşdırır. Dövlət büdcəsində bu rəqəm 6.2% nəzərdə tutulub. 2012-ci ildə isə rəsmi rəqəmlərə görə ÜDM-in inkişafı 7.2% olub. 2014-cü il üçün BVF-nin proqnozu daha pessimistdir- 4.1%.

Əhmədoğlunun fikrincə, Ermənistanda əhalinin miqrasiyası sürətlənir. Bütün mütəxəssislər miqrasiya prosesinin sürətlənməsindən, demoqrafik vəziyyətin hədsiz pis olmasından narahatdırlar. Rəy sorğularına görə, ermənilərin 40% ölkəni tərk etmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti