...

Elmar Məmmədyarovun ABŞ-da keçiriləcək forumda iştirakı gözlənilir

Siyasət Materials 15 May 2013 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may/Trend, müxbir E. Tariverdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunun 2-də ABŞ-dakı yəhudi lobbisinin "AJC Global Forum 2013" qlobal forumunda iştirak etməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü təşkilatın saytı xəbər yayıb.

Məlumata görə, forumda, həmçinin Yunanıstanın Baş naziri, İsrailin ədliyyə naziri, habelə Çexiya və Polşanın xarici işlər nazirləri iştirak edəcəklər.

Saytın məlumatına görə, Elmar Məmmədyarovun forumun I plenar iclasında iştirak etməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti