Azərbaycan, Bakı, 19 may /Trend, müxbir S.Əbubəkirova/
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramı ilə bağlı problemi nizamlamağa hazırdır. Trend IRNA agentliyinə istinadən məlumat verir ki, bu barədə Agentliyin baş direktoru Yukiya Amano bildirib.
Amano qeyd edib ki, bu problemi diplomatik yolla nizamlamaq olar və BAEA buna hazırdır: "Bu uzun tarixi olan mürəkkəb məsələdir. İran daxil olmaqla, bütün ölkələrin dinc məqsədlə nüvə enerjisini inkişaf etdirmək haqqı var".
Baş direktor deyib ki, İran öz nüvə siyasəti barədə dəqiq məlumat verməli və BAEA İranın nüvə materiallarından dinc məqsədlə istifadə etdiyinə əmin olmaq üçün vəziyyətə baxmalıdır: "Agentlik İranla danışıqları davam etdirir və nüvə proqramı ilə bağlı problemin nizamlanacağına ümid edir".