...

Bakı kəndlərinin xəritələrindəki səhvlərlə bağlı məsələ qaldırılıb

Siyasət Materials 21 May 2013 14:12 (UTC +04:00)
Bakı kəndlərinin xəritələri hələ də hazırlanmayıb, hazırlanan xəritələr isə düzgün tərtib edilməyib.
Bakı kəndlərinin xəritələrindəki səhvlərlə bağlı məsələ qaldırılıb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Bakı kəndlərinin xəritələri hələ də hazırlanmayıb, hazırlanan xəritələr isə düzgün tərtib edilməyib.

Trend-in məlumatına görə, bunu millət vəkili Hacı Qalib Salahov Milli Məclisin Regional məsələlər üzrə komitəsinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları Bakının 10 kəndinin xəritəsini həmin kəndlərin bələdiyyə və kənd inzibati ərazi dairələrinə təqdim ediblər:

"Lakin qəribəsi ondadır ki, bu xəritələrin heç biri düzgün tərtib olunmayıb və kəndlərin sərhədləri dəqiq göstərilməyib. Yenə də xəritələrdə çox kobud səhvlərə yol verilib. Hətta bu xəritələrdə Bilgəh qəsəbəsinin yarısı ümumiyyətlə xəritəyə düşməyib".

O hesab edir ki, bu xəritələrin olmaması Bakı kəndlərinin inkişaf perspektivinə ciddi mane olur və bu problem öz həllini tapmalıdır.

Komitə sədri Arif Rəhimzadə isə öz növbəsində bildirib ki, ölkə başçısının fərmanı ilə Bakının və Bakı kəndlərinin xəritəsinin hazırlanması üzrə işlər aparılır:

"Təbii ki, Bakı ərazisi böyük olduğundan xəritənin hazırlanmasında problemlərin ortaya çıxması baş verir. Bu nöqsanlar aradan qaldırılmasıdır, bu istiqamətdə iş gedir və biz istərdik ki, iş daha səmərəli görülsün".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti