Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Hatay vilayətində, Suriya ilə sərhəddə yerləşən Yayladağı nəzarət-buraxılış məntəqəsi (NBM) müvəqqəti olaraq bağlanıb. Trend "Sabah" onlayn-qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıcı bildirib.
Nazir deyib ki, Türkiyə Reyhanlı şəhərində terror aktını törədən cinayətkarların çıxışının qarşısını almaq məqsədilə müvəqqəti olaraq Yayladağı NBM-i bağlayıb.
Yazıçı qeyd edib ki, Suriya hakimiyyəti tərəfdarlarının əksəriyyətinin və onlara işləyənlərin Türkiyəyə daxil olmaq və çıxmaq üçün Yayladağı NBM-dən istifadə etdiyi müəyyənləşib6 "Ona görə də biz məntəqəni müvəqqəti olaraq bağlamağa qərar verdik".