...

Aİ Rusiya-ABŞ təşəbbüsünü dəstəkləyir

Siyasət Materials 23 May 2013 02:12 (UTC +04:00)
Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin iştirakçıları qısa da olsa, Suriyadakı vəziyyəti müzakirə ediblər. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bunu Avropa Şurasının sədri Herman van Rompey deyib.
Aİ Rusiya-ABŞ təşəbbüsünü dəstəkləyir

Azərbaycan, Bakı, 23 may /Trend/

Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin iştirakçıları qısa da olsa, Suriyadakı vəziyyəti müzakirə ediblər. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bunu Avropa Şurasının sədri Herman van Rompey deyib.

"Biz məsuliyyətimizi siyasi qərarın axtarılması kimi təsdiqləmişik. Biz Cenevrədə beynəlxalq konfransın keçirilməsi təşəbbüsünü də dəstəkləyirik. Siyasi qərarın verilməsi üçün bu şansdan istifadə etməliyik".

Rompey bildirib ki, Aİ-nin dövlər başçıları Suriya üzrə keçiriləcək beynəlxalq konfransda iştiraka hazırlaşmaq və rejimə münasibətdə ümumi qərarın qəbul edilməsi üçün XİN rəhbərlərinə tapşırıq veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti