...

"Amnesty International" Ermənistanda insan haqları ilə bağlı vəziyyəti tənqid edib

Siyasət Materials 23 May 2013 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

"Amnesty International" təşkilatı illik məruzəsində Ermənistanda insan haqları ilə bağlı vəziyyəti ümumilikdə mənfi qiymətləndirib.

Trend-in cümə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, təşkilatın nümayəndələri ötən ilin iyun ayında bu ölkədə olublar.

Məruzə müəllifləri 2012-ci il mayın 6-da ölkədə keçirilmiş parlament seçkiləri zamanı təbliğat kampaniyası, azad toplaşma və digər hüquqların ümumilikdə məhdudlaşdırılmağını qeyd ediblər.

Lakin müşahidəçilər səslərin hər yerdə alındığını və bəzi seçicilərə təzyiq göstərildiyini, polis və yerli hakimiyyətin təzyiqlərə imkan yaratdığını qeyd ediblər.

Məruzə müəllifləri ötən il mayın 8-də "Yerevanın gey-barında partlayış"a da toxunublar. Məruzədə deyilir ki, hadisəni törətmiş iki nəfər saxlansa da, sonradan onlar girov müqabilində azadlığa buraxılıb və deputatlar onların hərəkətlərinə milli ideologiya baxımından haqq qazandırıblar.

Məruzədə qeyd edilir ki, ölkədə ömürlük həbs cəzasına məhkum edilənlərin saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində təşkilatın tövsiyələri nəzərə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti