...

Səfir: BAEA maneəsiz olaraq İranın nüvə fəaliyyətinə nəzarəti davam etdirə bilər

Siyasət Materials 23 May 2013 18:16 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) hər hansı maneə olmadan İranın nüvə fəaliyyətinə nəzarəti davam etdirə bilər. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın BAEA-dakı nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib.
Səfir: BAEA maneəsiz olaraq İranın nüvə fəaliyyətinə nəzarəti davam etdirə bilər

Azərbaycan, Bakı, 23 may /Trend, müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva/

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) hər hansı maneə olmadan İranın nüvə fəaliyyətinə nəzarəti davam etdirə bilər. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın BAEA-dakı nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib.

BAEA-nın direktoru Yukiya Amanonun son məruzəsini şərh edən Sultaniyə deyib ki, məruzə İranın nüvə fəaliyyətinin uğurlu olduğunu və proqramın inkişaf etdiyini sübut edir.

Onun sözlərinə görə, İran və BAEA arasında ikitərəfli əməkdaşlıq davam etdiriləcək.

İranın Nətənz şəhərində yerləşən zavodda yeni nəsil sentrifuqların sayının artırılmasına gəlincə, Sultaniyə bildirib ki, bu, İranın nüvə fəaliyyətinin davamlı inkişafını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti