...

Əsəd İsrailə "zərbəyə cavab zərbəsi" olacağına söz verdi

Siyasət Materials 31 May 2013 03:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Suriya prezidenti Bəşər Əsəd İsrailin gələcəkdə ola biləcək istənilən təcavüzünə adekvat tədbirlərlə cavab verəcəyini bildirib. Trend RİA Novostiyə istinadən xəbər verir ki, Suriya rəhbəri İsrailin hücumlarına cavabın effektli olacağını deyib.

"Biz digər ölkələri də xəbərdar etmişik ki, zərbəyə cavab zərbəsi olacaq. Əlbəttə ki, hansı hərbi vasitələrdən istifadə edəcəyimizi indi demək çətindir. Bunu hərbi komandanlıq müəyyən edəcək. Bizim bir neçə variantımız var" - deyə o əlavə edib.

Xatırladaq ki, İsrail qüvvələri bir neçə dəfə Suriyadakı obyektləri vurub. Təl-Əviv zərbələri əsaslandırmaq üçün deyib ki, bunlar Suriyanın "Hizbullaha" raketlər ötürmək cəhdinin qarşısını almaq üçündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti