...

İsrail Rusiyanın təklifinə cavab verib

Siyasət Materials 10 İyun 2013 03:04 (UTC +04:00)
İsrail Rusiyanın Holan yüksəkliyinə sülhməramlı yerləşdirməklə bağlı təklifinə cavab verib, lakin bunu ictimailəşdirmək istəmir. Trend RİA Novostiyə istinadən xəbər verir ki, bunu İsrail XİN rəhbərinin müavini Zeyev Elkin bildirib.
İsrail Rusiyanın təklifinə cavab verib

Azərbaycan, Bakı, 10 iyun / Trend /

İsrail Rusiyanın Holan yüksəkliyinə sülhməramlı yerləşdirməklə bağlı təklifinə cavab verib, lakin bunu ictimailəşdirmək istəmir. Trend RİA Novostiyə istinadən xəbər verir ki, bunu İsrail XİN rəhbərinin müavini Zeyev Elkin bildirib.

"İsrailin mövqeyi açıq və dəqiqdir. Bəzi məsələlər var ki, onları olduğu səviyyədə saxlamaq lazımdır" - deyə Elkin Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netanyahunun telefon danışığını nəzərdə tutaraq bildirib.

Kremldən verilən məlumata görə isə, iki ölkə üçün mühüm müzakirə obyekti Suriyadakı və onun ətrafındakı vəziyyətdir.

Qeyd edək ki, Rusiyada səfərdə olan İsrail XİN rəhbərinin müavini Zeyev Elkin ölkə prezidentinin köməkçisi Yuriy Uşakovla görüşəcək.

Xəbər lenti

Xəbər lenti