...

Ukrayna 2014-cü ildə MDB-yə sədrlik edəcək

Siyasət Materials 11 İyun 2013 14:05 (UTC +04:00)
Böyük ehtimalla Ukrayna 2014-cü ildə MDB-yə sədrlik edəcək.
Ukrayna 2014-cü ildə MDB-yə sədrlik edəcək

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Böyük ehtimalla Ukrayna 2014-cü ildə MDB-yə sədrlik edəcək. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Belarusun paytaxtı Minskdə MDB İcraiyyə Komitəsinin rəhbəri Serqey Lebedev jurnalistlərə açıqlamasında bildirib.

Ukrayna 2013-cü ildə MDB-yə sədrlik etməli idi. Lakin o, bu il ATƏT-də də sədrlik etdiyindən bundan imtina edib: "Ukrayna artıq 2014-cü ildə quruma sədrlik etmək barədə niyyətini bildirib. Mən bilirəm ki, Ukrayna XİN artıq bu istiqamətdə işlər aparır. Mən əminəm ki, Birlik ölkələrinin əksəriyyəti Ukraynanın bu təşəbbüsünü dəstəkləyəcək".

O bildirib ki, MDB İcraiyyə Komitəsi Ukraynanın bütün idarələrinə sədrliyə hazırlıqda dəstək göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti