...

Spiker: Xarici qüvvələr Azərbaycandakı sabitliyi pozmağa çalışırlar

Siyasət Materials 13 İyun 2013 13:05 (UTC +04:00)
Xarici qüvvələr Azərbaycandakı sabitliyi pozmağa çalışırlar, lakin əminik ki, onların bu səyləri hədər gedəcək.
Spiker: Xarici qüvvələr Azərbaycandakı sabitliyi pozmağa çalışırlar

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Xarici qüvvələr Azərbaycandakı sabitliyi pozmağa çalışırlar, lakin əminik ki, onların bu səyləri hədər gedəcək.

Trend-in məlumatına görə, bu barədə Parlamentin sədri Oqtay Əsədov Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında bildirib. Spiker bunu iclasda çıxış edən millət vəkili Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərə cavab olaraq söyləyib.

Həsənquliyev öz çıxışında deyib ki, bu gün Müdafiə Nazirliyinin rəhbərliyində çalışan insanlar vaxtilə Ali Baş Komandana dəstək vermədilər və ölkədə çevriliş oldu: "Həmin şəxslər bu gün də Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışırlar. Əgər bu gün belə şərait yaranarsa, məndə şübhə var ki, görəsən onlar Ali Baş Komandanı müdafiə edəcəklərmi?!".

İclasda çıxış edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyət dəyişikliyi baş verib.
"Bu baxımdan həmin dövrü dövlət çevrilişi adlandırmaq ya tarixi bilməmək, ya da tarixi gənc nəslə fərqli təqdim etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti