...

İsveç Bakıda diplomatik nümayəndəlik açacaq

Siyasət Materials 19 İyun 2013 15:23 (UTC +04:00)
İsveç hökuməti Azərbaycanda diplomatik nümayəndəlik açmaq qərarına gəlib. Trend-in məlumatına görə, bu barədə İsveç Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
İsveç Bakıda diplomatik nümayəndəlik açacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir S.Əhmədova/

İsveç hökuməti Azərbaycanda diplomatik nümayəndəlik açmaq qərarına gəlib. Trend-in məlumatına görə, bu barədə İsveç Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, İsveçin Şərqi Avropanın Cənubi Qafqaz regionunda öz iştirakını gücləndirmək səylərinin bir hissəsi kimi, İsveç hökuməti Azərbaycanın paytaxtı Bakıda diplomatik nümayəndəliyin yaradılmasına qərar verib.

Bu, öz növbəsində, İsveçin regionda aktiv rol oynamasına və "Şərq tərəfdaşlığı" ölkələrinə münasibətdə Aİ-nin siyasətinin inkişafında aparıcı qüvvə kimi qalmasına şərait yaradacaq.

İsveç hökuməti, həmçinin Yerevanda diplomatik nümayəndəliyin açılmasına qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti