...

İran və "P5+1" qrupu uranın 20 faiz zənginləşdirilməsi üzrə danışıqları bərpa edə bilərlər

Siyasət Materials 25 İyun 2013 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbirlər A.Bədəlova, F.Kərimov/

İran və "P5+1" qrupu uranın 20 faiz zənginləşdirilməsi üzrə danışıqları yaxın görüşlər ərzində davam etdirə bilərlər. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Əraqçi deyib.

A.Əraqçi bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını şərh edərkən deyib: "Bu məsələ iki tərəf arasında yeni mövzu deyil. Buna görə də onlar belə danışıqları gələcəkdə də davam etdirə bilərlər".

S.Lavrov bəyanatında bildirmişdi ki, İran uranın zənginləşdirilməsinin 20 faiz səviyyəsində dayandırılması imkanlarını öyrənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti