...

Azərbaycanın Avstraliya İttifaqına təyin olunmuş səfiri etimadnaməsini təqdim edib

Siyasət Materials 27 İyun 2013 10:19 (UTC +04:00)
İyunun 26-da Azərbaycanın Avstraliya İttifaqına təyin olunmuş səfiri Rövşən Cəmşidov Avstraliya İttifaqının general qubernatoru xanım Quentin Braysa (Quentin Bryce) etimadnaməsini təqdim edib. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyindən bildirilib.
Azərbaycanın Avstraliya İttifaqına təyin olunmuş səfiri etimadnaməsini təqdim edib

Azərbaycan, Bakı, 27 iyun / Trend, müxbir S.Əhmədova /

İyunun 26-da Azərbaycanın Avstraliya İttifaqına təyin olunmuş səfiri Rövşən Cəmşidov Avstraliya İttifaqının general qubernatoru xanım Quentin Braysa (Quentin Bryce) etimadnaməsini təqdim edib. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyindən bildirilib.

Kanberrada Hökumət evində (Government House) keçirilmiş tədbirdə fəxri qaravul düzülüb, hərbi orkestr Azərbaycan himnini ifa edib. Etimadnamənin təqdim edilməsindən sonra general qubernator K.Brays və səfir R.Cəmşidov arasında keçirilmiş görüşdə K.Brays səfiri təbrik edərək ona işində uğurlar arzulayıb, ikitərəfli əlaqələrin inkişafı istiqamətində Azərbaycanın Avstraliyada səfirlik açmaq qərarını yüksək qiymətləndirib. Söhbət zamanı neft və qaz istehsalı, kənd təsərrüfatı və digər iqtisadi sahələrin əməkdaşlıq obyekti ola biləcəyi qeyd edilib.

Xanım K.Brays Azərbaycanla Avstraliya arasında BMT çərçivəsində, eləcə də Əfqanıstanda sülhməramlı əməliyyatların həyata keçirilməsi sahəsində əməkdaşlığı xüsusilə qeyd edib və bunun ikitərəfli əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti