...

DİN: Yadigar Sadıqov şübhəli şəxs qismində saxlanılıb

Siyasət Materials 27 İyun 2013 17:59 (UTC +04:00)
Müsavat Partiyasının başqanının müşaviri Yadiqar Sadıqov artıq şübhəli şəxs qismində saxlanılıb. Sadıqovun ifadəsi alınıb və qanunla ona 48 saat ərzində ittiham elan olunacaq. İttiham elan edildikdən sonra məhkəməyə baş vurulacaq və həbs qətiimkan tədbiri seçiləcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.
DİN: Yadigar Sadıqov şübhəli şəxs qismində saxlanılıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

Müsavat Partiyasının başqanının müşaviri Yadiqar Sadıqov artıq şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

Şöbə rəisinin sözlərinə görə, cari ilin iyunun 25-də Lənkəran şəhər sakini II qrup Qarabağ əlili olan Rəşid Kərimov Lənkəran Rayon Polis Şöbəsinə verdiyi ərizəsində qeyd edib ki, həmin gün o, saat 19:00 radələrində Cavanşır küçəsində məlum olmayan şəxslər tərəfindən döyülüb və bu zaman bədən xəsarəti alıb. Həmin müraciət əsasında Lənkəran rayon Polis Şöbəsində istintaq bölməsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi qaldırılıb:

Mansurzadə qeyd edib ki, bununla əlaqədar istintaq hərəkətləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti