Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Misirdə baş verən hadisələri diqqətlə izləyir. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.
Onun sözlərinə görə, ölkə Prezidenti və Baş nazirinin həbsi qeyri-demokratik addımdır və yolverilməzdir.
Davudoğlu qeyd edib ki, Türkiyə Misir xalqının maraqlarından başqa, ölkədə heç bir siyasi tərəfi dəstəkləmir.
Türkiyənin xarici işlər naziri demokratiyanın ərəb və müsəlman ölkələrinə xas olmadığı fikri ilə razılaşmadığını da vurğulayıb.