...

Aydın Mirzəzadə: 1969-cu ilin 14 iyul günü Azərbaycan tarixində keyfiyyətcə yeni bir səhifə idi

Siyasət Materials 14 İyul 2013 13:12 (UTC +04:00)
14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə: 1969-cu ilin 14 iyul günü Azərbaycan tarixində keyfiyyətcə yeni bir səhifə idi

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir R.Vəlibəyov/

14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Mirzəzadə bildirib ki, Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi.

"Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq, 2 dəfə artdı" - deyə millət vəkili söyləyib.

Onun sözlərinə görə, bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta, dünya miqyasında tanınmağa başladı.

"Artıq Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər. Həmçinin, Azərbaycan alimləri əldə etdikləri elmi nailiyyətlərilə həm SSRİ-nin, həm də dünyanın aparıcı elm müəssisələri tərəfindən tanınır və qəbul edilirdi. Bununla yanaşı, milli düşüncə, təfəkkür gücləndi. Artıq dövlətimizin tarixi tədqiq edilməyə və öyrənilməyə başlandı, ədəbiyyata diqqət ayrıldı, Azərbaycan dilinin inkişafı üçün böyük işlər görüldü" - deyə Mirzəzadə diqqətə çatdırıb.

Deputat vurğulayıb ki, həmin dövrdə əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqillik dönəmində baza rolunu oynadı.

Mirzəzadə deyib ki, 1970-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması, minlərlə azərbaycanlı gəncin aparığı təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycanın ordusu üçün zabit kadr heyətinin formalaşmasına təkan vermişdi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə zaman-zaman baş qaldırmış erməni millətçiliyinə də son qoyulmuşdu.

"Bir sözlə, 1969-cu ilin 14 iyul günü Azərbaycan tarixində keyfiyyətcə yeni bir səhifə idi. Azərbaycan xalqı dahi oğlu Heydər Əliyevin rəhbərliyilə inkişaf etdi və dünya miqyasında tanınmağa başladı" - deyə millət vəkili əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti