Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Əhmədova/
İyulun 22-də Brüsseldə xarici işlər nazirlərinin iclası keçiriləcək. Bu barədə Trend Litvanın Avropa İttifaqı Şurasında sədrliyinin rəsmi saytına istinadən məlumat verir.
Xarici işlər nazirləri "Şərq tərəfdaşlığı" proqramını, noyabrda Vilnüsdə keçiriləcək III "Şərq tərəfdaşlığı" sammitinə hazırlıqları və "Şərq tərəfdaşlığı" nazirlərinin illik görüşünü müzakirə edəcəklər.
İclasda, həmçinin Aİ-nin cənub qonşuluğundakı hadisələr, Yaxın Şərq sülh prosesi, Livan, Suriya, Misirdəki vəziyyət və Cenevrədə keçiriləcək II Sülh konfransına hazırlıqlar müzakirə olunacaq. Şura, həmçinin Afrikanın Böyük Göllər regionunda, Somali və Malidəki siyasi vəziyyətə dair müzakirələr aparacaq.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iclasda iştirak edəcək.