...

Ekspert: Litvalı diplomatların fikri ölkənin rəsmi mövqeyindən fərqlənir

Siyasət Materials 5 Avqust 2013 19:27 (UTC +04:00)
Litva digər dövlət və beynəlxalq təşkilatlar kimi Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır.
Ekspert: Litvalı diplomatların fikri ölkənin rəsmi mövqeyindən fərqlənir

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir E.Tariverdiyeva/

Litva digər dövlət və beynəlxalq təşkilatlar kimi Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır. Bunu tanınmış litvalı tarixçi İmantas Melianas bu yaxınlarda litvalı diplomatların iştirakı ilə baş vermiş insidentlə bağlı yazdığı məqalədə bildirib. Bu barədə Trend Litvanın Azərbaycandakı səfirlyinin yaydığı məlumata istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 8-də "YouTube" saytına Litva diplomatlarının telefon danışıqları (ümumilikdə 4 hissədən ibarət) yüklənib. Söhbətin XİN-in "Şərq tərəfdaşlığı" siyasəti departamentinin direktor müavini Zenonas Kumyataytis, Litvanın Macarıstandakı diplomatı Renatas Yuşka, Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas və Litva XİN-in əməkdaşı Gedimanas Kasputis arasında getdiyi güman edilir. Danışıqların birində Jurauskasun litvalı sahibkar Kyastutislə söhbət etdiyi göstərilir.

Bütün lent yazıları ingilis dilində subtitrlərlə verilib.

İki lent yazısı Ermənistan-Azərbaycan münasibətlərindən bəhs edir.

Melianasın Balsas.lt saytında dərc edilən məqaləsində deyilir: "Yaradılan istənilən "dostluq" və ya "nifaq" qrupları yalnız belə qrupları yaradanların ağlının, pulunun və ya vicdanının işidir. Onların dövlətimizin nəzəri və praktiki həyata keçirdiyi siyasətilə heç bir əlaqəsi yoxdur".

Melianas yazır ki, məhz bu məlumat XİN-in parlament komitəsi tərəfindən birgə assosiasiya və Litva-Azərbaycan assosiasiyasının sorğusuna cavab olaraq verilib: "Lakin göründüyü kimi, diplomatlarımızın fikri Litvanın rəsmi mövqeyindən fərqlənir".

Onun sözlərinə görə, bütün informasiya və danışıqların stenoqramı artıq internetdə yerləşdirilib, lakin bəzi məsələlər təəccübləndirməyə davam edir.

Müəllif yazır: "Diplomatların öz həmkarları və ölkə rəhbərliyi barədə danışdıqları böyük ədəbsizlikdir. Qeyd edilir ki, onlara hansısa biznes qrupları təsir edirlər. Görünür, danışıqda iştirak edənlər siyasətçilərin seçiciləri qarşısında cavabdeh olduqları dövrün "dövlət" klanını unuda bilmirlər. Məhz onlar Litvanın daxili və xarici siyasətini formalaşdırıblar".

Melianasın sözlərinə görə, danışıq iştirakçıları təsdiq ediblər ki, Seymdə "Dağlıq Qarabağ qrupu" ilə dostluq hər hansısa biznesmenin təsiri altında yaradılıb.

Müəllif yazır: "Etiraf etməliyəm ki, onların işğalçı dövlətə olan simpatiyalarını "xristian fundamentalizmi" ilə əsaslandırmalarından bir qədər təəccübləndim. Çünki danışığın əvvəlində onlar mənəvi cəhətdən bütpərəstliyə yaxın olduqlarını bəyan edirlər ki, bu da şamanizmdir".

Məqalədə deyilir ki, ermənilərin litvalı diplomatlar tərəfindən "yazıqlar satıldılar" kimi səciyyələndirilməsi göstərir ki, bu xalqla diplomatik həmrəylik artıq dəqiq olaraq xristian dəyərlərinə söykənmir.

Melianas yazır: "Müttəfiq qonşu ölkələr daxil olmaqla, ölkədə etnik azlıqların əhalinin əksəriyyətini təşkil etməsi faktı həmin ölkələrə məskunlaşma olmayan yaşayış məntəqələri üzərində heç bir haqq vermir. Ən əsası odur ki, qonşu ölkənin ərazisini işğal edən ölkəni xristian, müsəlman və ya buddist olmasından asılı olmayaraq təcavüzkar hesab edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti