...

Ruhani: İran yeni nüvə reaktorlarının tikintisini davam etdirəcək

Siyasət Materials 6 Avqust 2013 18:47 (UTC +04:00)
İranın yeni Prezidenti Həsən Ruhani bu gün keçirdiyi ilk mətbuat konfransında İran və Rusiya arasında yeni nüvə reaktorlarının tikilməsi sahəsində əməkdaşlığın davam etdiriləcəyini bəyan edib.
Ruhani: İran yeni nüvə reaktorlarının tikintisini davam etdirəcək

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir T.Cəfərov/

İranın yeni Prezidenti Həsən Ruhani bu gün keçirdiyi ilk mətbuat konfransında İran və Rusiya arasında yeni nüvə reaktorlarının tikilməsi sahəsində əməkdaşlığın davam etdiriləcəyini bəyan edib.

Trend-in İranın IRINN xəbər kanalına istinadən verdiyi məlumata görə, H.Ruhani deyib ki, İranın perspektiv inkişaf proqramında 24 min meqavat həcmində elektrik enerjisi istehsal edə biləcək nüvə elektrik stansiyalarının tikilməsi nəzərdə tutulub: "Və biz bu proqramı həyata keçirəcəyik. Dövlət bu proqramların həyata keçirilməsi üçün hər cür səy göstərəcək".

Prezident qeyd edib ki, İran hazırda özü nüvə elektrik stansiyası tikmək sahəsində böyük nailiyyətlər əldə edib: "Yeni nüvə elektrik stansiyalarının inşasını ya özümüz, ya da digər ölkələrin köməyi ilə həyata keçirə bilərik. Rusiya tərəfi bizə təkliflər irəli sürüb, hazırda bu təklifləri dəyərləndiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti