Azərbaycan, Bakı, 8 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yamanı ölkənin milli bayramı münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir: "Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Sinqapur əlaqələri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək, xalqlarımızın rifahına xidmət edəcəkdir".
İlham Əliyevin təbrik məktubunda daha sonra bildirilir: "Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına isə daim sülh və rifah arzulayıram".