Azərbaycan, Bakı, 12 avqust /Trend/
Prezident İlham Əliyev F.S.Mirzəyevin Azərbaycan Respublikasının Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Fəxrəddin Saib oğlu Mirzəyev Azərbaycan Respublikasının Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.