...

Misirdə "Müsəlman qardaşlar"ın fəaliyyəti qadağan edilə bilər

Siyasət Materials 2 Sentyabr 2013 18:08 (UTC +04:00)
Misirin yeni hökuməti "Müsəlman qardaşlar" hərəkatının ölkədə fəaliyyətini qadağan etmək niyyətindədir.
Misirdə "Müsəlman qardaşlar"ın fəaliyyəti qadağan edilə bilər

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Misirin yeni hökuməti "Müsəlman qardaşlar" hərəkatının ölkədə fəaliyyətini qadağan etmək niyyətindədir. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, ölkə hökuməti yanında Ekspertlər Şurasından Nazirlər Kabinetinə "Müsəlman qardaşlar"ın fəaliyyətinin qadağan edilməsi barədə sorğu daxil olub.

Qeyd edək ki, Misirdə "Müsəlman qardaşlar" hərəkatının fəaliyyəti onilliklər ərzində qanundan kənar sayılıb və yalnız Hüsni Mübarəkin devrilməsindən sonra özünü mütəşəkkil siyasi qüvvə kimi dünyaya tanıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti