...

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının inzibati binası istifadəyə verilib (FOTO)

Siyasət Materials 5 Sentyabr 2013 00:32 (UTC +04:00)
Prezident İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının inzibati binası istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Prezident İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, inzibati bina 7 otaqdan və akt zalından ibarətdir. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanıb.

Qeyd edildi ki, 50 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti