Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
Sentyabrın 10-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçiriləcək.
Tədbirdə Azərbaycan Parlamentinin deputatı Rövşən Rzayev iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Avropadakı münaqişələr zamanı itkin düşmüş şəxslərin humanitar problemləri, İtaliyanın sahilboyu ərazilərinə miqrant axını, miqrantlar və qaçqınlar arasında QİÇS-in yayılmasına qarşı mübarizə, İordaniya, Türkiyə, Livan və İraqda Suriya qaçqınlarının problemləri, Avropaya çinli miqrantların axını ilə bağlı yaranmış problemlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.