...

Azərbaycandan olan müşahidəçilər Türkiyə, Rumıniya və Səudiyyə Ərəbistanının HHQ təlimlərində iştirak edəcəklər

Siyasət Materials 11 Sentyabr 2013 12:21 (UTC +04:00)
Azərbaycandan olan müşahidəçilər Türkiyə, Rumıniya və Səudiyyə Ərəbistanın HHQ-nin birgə təlimlərində iştirak edəcəklər.
Azərbaycandan olan müşahidəçilər Türkiyə, Rumıniya və Səudiyyə Ərəbistanının HHQ təlimlərində iştirak edəcəklər

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycandan olan müşahidəçilər Türkiyə, Rumıniya və Səudiyyə Ərəbistanın Hərbi Hava Qüvvələrinin (HHQ) birgə təlimlərində iştirak edəcəklər. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat yayıb.

Türkiyə, Rumıniya və Səudiyyə Ərəbistanı HHQ-nin birgə təlimləri Türkiyə Konya vilayətində yerləşən bazada baş tutacaq.

Azərbaycan nümayəndələri ilə yanaşı təlimlərdə müşahidəçi kimi ABŞ, BƏƏ, Bosniya və Herseqovina, Gürcüstan, Niderland, Böyük Britaniya, İspaniya, Qətər, Macarıstan, Çili və Tunis iştirak edəcək.

Bu gün başlayacaq təlimlər sentyabrın 20-dək davam edəcək. Təlimlərin hədəfi kadrların hazırlanması və təcrübə mübadiləsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti