...

Xəzəryanı ölkələr Xəzərin statusu ilə bağlı konvensiya layihəsinin bir sıra müddəalarının razılaşdırılmasında irəliləyişə nail olublar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Sentyabr 2013 13:06 (UTC +04:00)
Xəzəryanı ölkələr Xəzər dənizinin statusu ilə bağlı konvensiya layihəsinin bir sıra müddəalarının razılaşdırılmasında irəliləyişə nail olublar.
Xəzəryanı ölkələr Xəzərin statusu ilə bağlı konvensiya layihəsinin bir sıra müddəalarının razılaşdırılmasında irəliləyişə nail olublar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

Xəzəryanı ölkələr Xəzər dənizinin statusu ilə bağlı konvensiya layihəsinin bir sıra müddəalarının razılaşdırılmasında irəliləyişə nail olublar.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin statusunun müəyyən olunması ilə bağlı Xəzəryanı ölkələrin İşçi qrupunun iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Çərşənbə və cümə axşamı Bakıda Xəzəryanı ölkələrin İşçi qrupunun 33 iclasında irəliləyişə nail olunub".

Onun sözlərinə görə, gələn ilin birinci yarısında Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Nazir müavini vurğulayıb ki, bu barədə razılığa Xəzəryanı ölkələrin İşçi qrupunun Bakıda keçirilən iclasında gəlinib.

O bildirib ki, nazirlərin görüşünün məqsədi gələn il Rusiyada keçirilməsi planlaşdırılan Xəzəryanı ölkə başçılarının sammitinə hazırlıq olacaq. Xələfov vurğulayıb: "Bakı iclasının yekunlarına dair kommunike qəbul edilib. Tərəflər növbəti iclasda ilk bölücü xətlərin qurulması metodu ilə fikir mübadiləsi aparmağa razılaşıblar".

Nazir müavini bildirib ki, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi bütün Xəzəryanı ölkələrə aid olan məsələdir: "Ona görə də bu ölkələrin milli maraqlarını nəzərə almaqla bu məsələdə konsensusa gəlmək, təmas nöqtələrini tapmaq lazımdır".

Xələfov qeyd edib ki, İşçi qrupunun 33-cü iclasının işi zamanı tərəflər xüsusilə ekologiya sahəsi daxil olmaqla bir sıra məsələlərdə razılığa gəlməyə nail olublar: "Lakin bir sıra məsələlər hələ də açıq olaraq qalır. Bura təhlükəsizlik və dənizin dibinin bölünməsi məsələləri daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti