...

Elnur Aslanov: Azərbaycanda azad və ədalətli seçkilər demokratiyanın təməl daşıdır

Siyasət Materials 13 Sentyabr 2013 13:59 (UTC +04:00)
Bir nəsil ötmədən müasir, dünyəvi və demokratik millət olmaq heç də asan vəzifə deyil.
Elnur Aslanov: Azərbaycanda azad və ədalətli seçkilər demokratiyanın təməl daşıdır

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E. Tariverdiyeva/

Bir nəsil ötmədən müasir, dünyəvi və demokratik millət olmaq heç də asan vəzifə deyil. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun ABŞ-ın "The Economist" jurnalında dərc edilən məqaləsində deyilir.

Məqalədə qeyd edilir ki, Avropa və Asiya arasında özünəməxsus sosial-iqtisadi həlqə olan Azərbaycan hazırda çoxmillətli, tolerant, çoxkonfessional, ahəngdar inkişaf edən və güclü dövlətdir.

Məqalədə deyilir: "Azərbaycan NATO-nun Cənubi Qafqazda strateji tərəfdaşıdır, həmçinin koalisiya qoşunları üçün Əfqanıstana yüklərin 30 faizinin tədarükü baxımından strateji dəhlizdir".

E. Aslanov yazır: "Mən sizin jurnalınızın Azərbaycanın siyasi həyatında baş verən hadisələri işıqlandırmasını alqışlayıram. Lakin nəşrinizdə dərc edilən "Seçkilərə necə hazırlaşmırlar" məqaləsi ilə bağlı müəyyən narahatlığı ifadə etmək istərdim. Məqalədə Azərbaycanda vəziyyət ağ-qara rənglərdə təsvir edilib".

PA-nın şöbə müdiri bildirib ki, Bakı tam mənada dərk edir ki, kütləvi informasiya vasitələrinin fəaliyyəti məhdudlaşdırılan zaman məlumatlandırma prosesi daraldılır və bu halda vətəndaşların hüquq və azadlıqları pozula bilər.

E. Aslanov yazır: "Biz informasiya azadlığını dəstəkləyir və müdafiə edirik. Azərbaycan hökuməti ölkənin gündəlik qəzet, jurnal və digər KİV-nə müdaxilə etmir".

E. Aslanov xüsusilə qeyd edir ki, Dünya İqtisadi Forumunun hər il tərtib etdiyi hesabata görə, 2013-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb: "Bu, bir çox müsbət amillərdən, o cümlədən yoxsulluq səviyyəsinin 50 faizdən (2001-ci il) 6 faizədək (2013-cü il) düşməsindən xəbər verir".

PA-nın şöbə müdiri yazır ki, azad və ədalətli seçkilər demokratiyanın təməl daşıdır: "Seçkilərin nəticələrindən bir çox şey asılıdır: ölkənin davam edən iqtisadi artımı və onun regional təhlükəsizliyi. Məhz buna görə də biz bu seçkilərin şəffaf, azad və ədalətli keçməsi üçün mümkün olan hər şey etməyə çalışır".

Məqalədə qeyd edilir ki, Azərbaycan Avropa inteqrasiyasına real sadiqliyini dəfələrlə nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti