...

Fabius ABŞ və Rusiya arasındakı razılaşmanı ilkin mərhələ adlandırıb

Siyasət Materials 15 Sentyabr 2013 16:30 (UTC +04:00)
Fransanın xarici işlər naziri Loran Fabius Suriyanın kimyəvi silahlarına dair Rusiyanın XİN rəhbəri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerri arasındakı razılaşmanı ilkin mərhələ adlandırıb. Bu barədə Trend RİA Novostiyə istinadən məlumat verib.
Fabius ABŞ və Rusiya arasındakı razılaşmanı ilkin mərhələ adlandırıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Fransanın xarici işlər naziri Loran Fabius Suriyanın kimyəvi silahlarına dair Rusiyanın XİN rəhbəri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerri arasındakı razılaşmanı ilkin mərhələ adlandırıb. Bu barədə Trend RİA Novostiyə istinadən məlumat verib.

"Bu mühüm nailiyyətdir. Bir neçə gün öncə mümkün olmayan bu mümkün olur. Lakin bu ilkin mərhələdir" - deyə Fabius əlavə edib.

Onun sözlərinə görə, əldə olunmuş razılaşma bir sıra, xüsusilə də, kimyəvi silahlara nəzarətin hansı mexanizmlə həyata keçiriləcəyi haqda suallar ortaya çıxarır.

Xəbər lenti

Xəbər lenti