...

Azərbaycan və Litva arasında parlamentlərarası münasibətlərin inkişafı müzakirə ediləcək

Siyasət Materials 17 Sentyabr 2013 15:09 (UTC +04:00)
Azərbaycanlı deputatlar Litvada parlamentlərarası münasibətlərin inkişafını müzakirə edəcəklər.
Azərbaycan və Litva arasında parlamentlərarası münasibətlərin inkişafı müzakirə ediləcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı deputatlar Litvada parlamentlərarası münasibətlərin inkişafını müzakirə edəcəklər.

Milli Məclisin mətbuat ximdətindən Trend-ə verilən məlumata görə, millət vəkili, Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov və deputat Rasim Musabəyov Vilnüs şəhərində Litva parlamentinin vitse-spikerləri, xarici işlər nazirinin müavini, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Xarici əlaqələr komitəsinin sədri, bu ölkənin parlamentində təmsil olunan Sosial Demokrat Partiyasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparacaqlar.

Sentyabrın 20-də isə F.Muradov və R.Musabəyov Avronest Parlament Assambleyasının təşkil etdiyi "Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində "Şərq tərəfdaşlığı" mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər.

Deputatların və ekspertlərin qatılacağı bu tədbirdə enerji təhlükəsizliyi barədə geniş müzakirələr aparılacaq, rəy və təkliflər dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti