...

Avronest PA "Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı" mövzusunda seminar keçirəcək

Siyasət Materials 19 Sentyabr 2013 14:28 (UTC +04:00)
Sabah "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsi Litva Respublikasının Seymi ilə birgə Vilnüsdə "Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı" mövzusunda seminar keçirəcək.
Avronest PA "Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı" mövzusunda seminar keçirəcək

Azərbaycan, Bakı, 19 sentyabr / Trend, müxbir S.Əhmədova /

Sabah "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsi Litva Respublikasının Seymi ilə birgə Vilnüsdə "Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı" mövzusunda seminar keçirəcək. Trend-in məlumatına görə, bu barədə Litva Seyminin rəsmi internet səhifəsində bildirilib.

Məlumatda qeyd olunur ki, sözügedən seminar "Avronest" Parlament Assambleyasının, Avropa Parlamentinin üzvləri, "Şərq Tərəfdaşlığı", Aİ ölkələrinin parlament üzvləri, siyasətçilər, enerji sahəsi üzrə mütəxəssis və alimlərin, yüksək səviyyəli ekspertlərin tədqiqatlarını müzakirə etmək və "Şərq Tərəfdaşlığı" çərçivəsində enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə dair təşəbbüslər ətrafında fikir mübadiləsnə imkan yaradacaq.

Tədbir iştirakçılarını Litva Seyminin vitse-spikeri, "Avronest" Parlament Assambleyasının həmsədri və Ukrayna Ali Radasının üzvü salamlayacaqlar. "Avronest" Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri, deputat Fuad Muradovun da giriş nitqi ilə çıxışı nəzərdə tutulub.

Müxtəlif ölkələrdən olan ekspertlər bərpa olunan enerji, enerji səmərəliliyi və Aİ-nin üzvü olan ölkələrlə "Şərq Tərəfdaşlığı" ölkələri arasında əməkdaşlığın təşviqinə dair təqdimatlarla çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti