...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi II Shared Societies Forumuna hazırlıq görüşləri keçirib

Siyasət Materials 24 Sentyabr 2013 09:46 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2014-cü il Bakıda keçiriləcək II "Shared Societies Forumu"na hazırlıq məqsədi ilə Amerika Birləşmiş Ştatlarında keçirdiyi görüşlər çərcivəsində İrlandiyanın sabiq Prezidenti, BMT Qaçqınlarla iş üzrə Ali Nümayəndəsi xanım Mary Robinsonla müzakirələr aparıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi II Shared Societies Forumuna hazırlıq görüşləri keçirib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2014-cü il Bakıda keçiriləcək II "Shared Societies Forum"una hazırlıq məqsədi ilə Amerika Birləşmiş Ştatlarında keçirdiyi görüşlər çərcivəsində İrlandiyanın sabiq Prezidenti, BMT Qaçqınlarla iş üzrə Ali Nümayəndəsi xanım Mary Robinsonla müzakirələr aparıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sabiq President başlanan təşəbbüsün nümunə ola biləcəyini və qadın məsələləri ilə bağlı müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşəbbüsü olan "Shared Societies Forum"u 2013-cü ilin may ayında reallaşıb və forumun işində dünyanın 50 dən çox ölkəsindən 200-ə yaxın ali qonaq, 45 sabiq ölkə və hökumət rəhbəri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti