...

Elmar Məmmədyarov: Cənub qaz dəhlizi regiona dayanıqlı inkişaf, stabillik və təhlükəsizlik gətirəcək

Siyasət Materials 26 Sentyabr 2013 05:30 (UTC +04:00)
Cənub qaz dəhlizinin, eyni zamanda, 3 ölkəni - Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolun tikintisinin ilk inauqurasiyası Bakıda olub. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən "Caspian Forum"un açılışı zamanı deyib.
Elmar Məmmədyarov: Cənub qaz dəhlizi regiona dayanıqlı inkişaf, stabillik və təhlükəsizlik gətirəcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Cənub qaz dəhlizinin, eyni zamanda, 3 ölkəni - Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolun tikintisinin ilk inauqurasiyası Bakıda olub. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən "Caspian Forum"un açılışı zamanı deyib.

"Bu layihə suverenliyi və müstəqilliyi möhkəmləndirəcək. Bütün regiona təsir edəcək layihə ölkənin ümumi xəritəsini və strateji əhəmiyyətini dəyişəcək" - deyə Məmmədyarov bildirib.

Onun sözlərinə görə, bu qaz kəməri təkcə təchizatçının müstəqilliyini möhkəmləndirmir.

"Biz bu layihədə ABŞ-ın fəaliyyətini qiymətləndirməliyik. Klintonun böyük köməkliyi olub. 50 milyard dollarlıq qiyməti olan böyük strateji əhəmiyyət kəsb edən layihə Azərbaycanın və ondan kənardakı bazarları əhatə edəcək. Biz düzgün istiqamətdə irəliləyirik. Ümid edirəm ki, yaxın 5 il ərzində bu uğurlar hələ də davam edəcək. Strateji layihə regiona dayanıqlı inkişaf, stabillik və təhlükəsizlik gətirəcək" - deyə Məmmədyarov əlavə edib.

Xəbər lenti

Xəbər lenti