...

Azərbaycan və Slovakiya arasında Anlaşma memorandumu imzalanıb

Siyasət Materials 26 Sentyabr 2013 11:26 (UTC +04:00)
Azərbaycan və Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək üçün iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr haqqında Anlaşma memorandumu imzalanıb.
Azərbaycan və Slovakiya arasında Anlaşma memorandumu imzalanıb

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək üçün iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr haqqında Anlaşma memorandumu imzalanıb.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Anlaşma memorandumu Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Slovakiya Baş nazirinin müavini və xarici işlər naziri Miroslav Layçakla görüşü zamanı imzalanıb.

Görüş əsnasında ikitərəfli əlaqələr, iqtisadiyyat, sərmayələr, enerji və turizm kimi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti