Azərbaycan, Bakı, 27 sentyabr / Trend, müxbir S.Əhmədova /
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan dövlətlərin xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşdə iştirak edib.
Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər qarşıdan gələn Vilnüs zirvə görüşünün gündəliyini müzakirə etmiş və imzalanacaq sənədlər barəsində fikir mübadiləsi aparıblar.
Elmar Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində qurulmuş strateji əməkdaşlığın digər sahələrə də tətbiq edilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinin önəmini vurğulayıb.