...

Elmar Məmmədyarov: Azərbaycan Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə öz töhfəsini verib

Siyasət Materials 28 Sentyabr 2013 23:26 (UTC +04:00)
Azərbaycan artıq donor ölkəyə çevrilmiş və Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə öz töhfəsini verib. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı deyib.
Elmar Məmmədyarov: Azərbaycan Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə öz töhfəsini verib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Azərbaycan artıq donor ölkəyə çevrilmiş və Afrika, Asiya və Latın Amerikası ölkələrinin davamlı inkişaf səylərinə öz töhfəsini verib. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın tarixində və onun beynəlxalq arenadakı fəaliyyətində çox yeni səhifədir.

"Bu məqsədlərlə yaradılmış ayrıca dövlət qurumu olan Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi 20-dən artıq ölkədə artıq müxtəlif yardım layihələrini həyata keçirmişdir. Öz növbəsində Heydər Əliyev Fondu da müxtəlif humanitar və sosial proqramlar icra edib. Son zamanlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanın aclıqla mübarizədəki uğurlarını təqdir etmiş və etiraf etmişdir ki, Azərbaycan Minilliyin İnkişaf Hədəflərinin birincisini, yəni zəif qidalanma ilə bağlı hədəfə nail olmuşdur. Bununla yanaşı, Azərbaycanın gender bərabərliyi, qadınların hüquqlarının genişləndirilməsi və QİÇS/HİV-lə mübarizə sahələrində də tərəqqinin əldə edildiyi vurğulanıb" - deyə nazir bildirib.

Məmmədyarov söyləyib ki, 2015-ci ildən sonrakı dövr üçün Azərbaycanın nəzərdən keçirdiyi əsas sahələrdən biri informasiya və kommunikasiya texnologiyaları sahəsidir ki, bu sahə inkişaf və tərəqqinin hərəkətverici qüvvəsidir.

"İKT-yə çıxış səviyyəsinin artırılması hədəfinə nail olmaq məqsədilə, İKT sahəsində investisiyaların təşviq olunması, əhalinin xüsusi ehtiyaclarını nəzərə almaqla, yeni vasitələrin yaradılması və beləliklə də, İKT-nin imkanlarından davamlı inkişafın əldə edilməsində daha yaxşı istifadə olunmasına ehtiyac var. Bu çərçivədə, Azərbaycan regional Avrasiya Rabitə İttifaqının təsis edilməsi ilə bağlı təklif irəli sürüb ki, bu regional platforma internetə çıxışın dəstəklənməsi və İKT sahəsində geniş əməkdaşlıq üçün regional platforma rolunu oynaya bilər. BMT-yə üzv dövlətlərin cari ilin sentyabr ayında qəbul etdikləri 67/298 saylı qətnamə ilə bu təklifimizə verdiyi dəstək bizi daha da həvəsləndirir. Biz gələcəkdə maraq göstərən hökumətlər və digər qurumlarla bu istiqamətdə əməkdaşlıqda maraqlıyıq" - deyə XİN rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti