...

Elçin Mirzəbəyli: “ADAM” sosioloji xidmətinin sorğusu qətiyyən reallığı əks etdirmir

Siyasət Materials 2 Oktyabr 2013 14:47 (UTC +04:00)
Bu, piar kampaniyasının bir hissəsidir, məqsədyönlü şəkildə aparılmış bir sorğudur. Bu barədə Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli “ADAM” sosioloji xidmətinin 9 oktyabr prezident seçkilərinə bir ay qalmış keçirdiyi sorğunun nəticələrinə münasibət bildirərkən deyib.
Elçin Mirzəbəyli: “ADAM” sosioloji xidmətinin sorğusu qətiyyən reallığı əks etdirmir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, mexbir E.Mehdiyev/

Bu, piar kampaniyasının bir hissəsidir, məqsədyönlü şəkildə aparılmış bir sorğudur. Bu barədə Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli "ADAM" sosioloji xidmətinin 9 oktyabr prezident seçkilərinə bir ay qalmış keçirdiyi sorğunun nəticələrinə münasibət bildirərkən deyib.

E.Mirzəbəyli hesab edir ki, əslində heç bir sorğu keçirilməyib və əgər keçirilibsə də, yalnız Milli Şuranın mümayəndələri arasında keçirilib: "Qətiyyən reallığı əks etdirmir. Bu, sadəcə xəstə bir təxəyyülün, fantaziyanın məhsuludur".

BAXCP sədrinin müavini vurğulayıb ki, Azərbaycanın ictimai rəyi o qədər möhkəmdir ki, onu belə avantüra ilə çaşdırmaq mümkün deyil: "Bu sorğu sadəcə müəyyən bir müddətə, özləri üçün, ətraflarında olan 5-3 nəfər insan üçün təsəlli ola bilər. Onlar bilərəkdən sorğunun nəticələrini öz xeyirlərinə dəyişdirirlər və sorğunun guya obyektiv olduğunu görüntüləməyə çalışırlar".

E.Mirzəbəyli hesab edir ki, sorğu yəqin ki, bir neçə nəfərin arasında formalaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti