...

İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Oktyabr 2013 18:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Almaniya Federativ Respublikasının milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Almaniya münasibətləri hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi birləşdirən dostluq əlaqələri siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.

İnanıram ki, ikitərəfli qaydada əməkdaşlığımızı, eləcə də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində birgə işimizi bundan sonra da davam etdirəcəyik".

İlham Əliyev Yoaxim Qauka möhkəm cansağlığı, işlərində uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Dövlət başçısı Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyi də təbrik edib.

Məktubda deyilir: "Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Son illərdə ikitərəfli əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, eləcə də bir sıra sahələrdə müvəffəqiyyətlə davam edən qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda addımlarımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti