...

DİN Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinə Lənkəranda keçirdiyi görüş zamanı polislərin basqın etməsi məsələsinə aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Oktyabr 2013 13:14
Azərbaycan Daxili İşlər Nazirliyi prezidentliyə namizəd Cəmil Həsənlinin Lənkərandakı səlahiyyətli nümayəndəsinin sakinlərlə görüşü zamanı polisin mənzilə basqın edilməsi və ona rayondan çıxarılması ilə bağlı xəbərdarlıq edilməsi barədə yayılan məlumatın həqiqətəuyğun olmadığını bəyan edib.
DİN Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinə Lənkəranda keçirdiyi görüş zamanı polislərin basqın etməsi məsələsinə aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Təfərrüatlar əlavə edilib (İlk xəbər 12:24-də yayılıb)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Daxili İşlər Nazirliyi prezidentliyə namizəd Cəmil Həsənlinin Lənkərandakı səlahiyyətli nümayəndəsinin sakinlərlə görüşü zamanı polisin mənzilə basqın etməsi və ona rayondan çıxarılması ilə bağlı xəbərdarlıq edilməsi barədə yayılan məlumatın həqiqətəuyğun olmadığını bəyan edib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Orxan Mansurzadə Trend-ə açıqlamasında bildirib ki, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi, AXCP-nin sədr müavini Nurəddin Məmmədlinin oktyabrın 3-də seçicilərlə görüşü zamanı polislərin mənzilə basqın etməsi, N.Məmmədlinin və bir neçə şəxsin polis bölməsinə aparılması barədə yayılan məlumat böhtan xarakterlidir, tam yalandır və heç bir hüquqi əsası yoxdur.

DİN rəsmisinin sözlərinə görə, əslində hadisə başqa cür olub: "Oktyabrın 3-də Lənkəran Şəhər Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub ki, rayonda çayxanada bir neçə şəxs obyektin qapısını bağlayaraq səbəbi, məzmunu məlum olmayan tədbir keçirir və Bakıdan gələn şəxs, digərləri kimi çayxanaya pəncərədən daxil olublar. Sözsüz ki, polis də məlumatı dəqiqləşdirmək üçün hadisə yerinə gedib və dəqiqləşmə aparılarkən məlum olub ki, çayxananın icarədarı bu görüşün keçirilməsinə icazə vermədiyindən qapını bağlayaraq gedib. Ona görə də Nurəddin Məmmədli və tədbirə girən şəxslər çayxanaya pəncərədən daxil olublar. Tədbirə isə 10-12 insanı pul vermək vədi ilə gətiriblər. Bundan sonra Nurəddin Məmmədlidən tədbirin belə gizli keçirilməsinin səbəbi soruşulub. Bununla da məsələ bitib. Polislə söhbətdən sonra Nurəddin Məmmədli rayonu tərk edib. Lakin Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin polis şöbəsinə aparılması və yaxud şöbə rəhbərliyindən Nurəddin Məmmədliyə zəng edilərək hədələndiyi barədə məlumatlar da tam yanlışdır".

O.Mansurzadə deyib ki, əslində N.Məmmədli mövcud qanunvericiliyin tələblərini pozub. Çünki hər hansı prezidentliyə namizədin səlahiyyətli nümayəndəsi seçicilərlə görüş keçirmək istəyərkən Dairə Seçki Komissiyasını məlumatlandırmalıdır. Bunun əsasında ona görüş üçün yer ayrılmalı və polisə tədbirin təhlükəsizliyini təmin etmək üçün müraciət edilməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti