...

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları İlham Əliyevin namizədliyini dəstəkləyirlər

Siyasət Materials 4 Oktyabr 2013 14:14 (UTC +04:00)
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirlər.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları İlham Əliyevin namizədliyini dəstəkləyirlər

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirlər.

Trend-in məlumatına görə, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin keçirdiyi toplantıda Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti tədqir edən bəyanat qəbul edilib.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin illərdir apardığı uzaqgörən siyasətin bəhrəsini hiss edən Azərbaycanın daha da inkişaf etməsi üçün birmənalı olaraq bu siyasətin davam etdirilməsi zəruri və vacibdir: "Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın istər bölgədə, istərsə də dünyada artan nüfuzu ilə özünü bariz şəkildə göstərməkdədir. Xalqın rifahının yüksəldilməsi naminə görülən işlər, iş adamlarının sərbəst fəaliyyət göstərə bilmələri üçün təmin olunan şərait, yeni iş yeriərinin açılması, möhtəşəm abadlıq işləri və saymaqla bitməyəcək inkişaf meyarları İham Əliyev rəhbərliyində mövcud iqtidarın uğurudur".

Bəyanatda bildirilir ki, bu səbəbdən ATİB prezident seçkilərində ən layiqli namizəd olan İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir.

Qeyd edək ki, Türkəyədəki Azərbaycanlı İş Adamları Birliyi 2011-ci ildə təsis edilib və bu gün də aktiv şəkildə fəaliyyat göstərirlər. İdarə heyətində ARNDŞ-nin Türkıyə nümayəndəliyi, "Palmali" Şirkətləri Qrupu, "Farco" Şirkətlər Qrupu, "Sandex və Akarsu" Şirkətlərinin təmsil olunduğu birlik üzvləri vaxtaşırı görüşlər təşkil edərək müştərək fəaliyyətlərini daha da genişləndirməyi müzakirə ediriər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti