...

"Şərq Tərəfdaşlığı" ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin ilk iclası Lüksemburqda keçiriləcək

Siyasət Materials 4 Oktyabr 2013 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir S.Əhmədova/

"Şərq Tərəfdaşlığı" ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin ilk iclası oktyabrın 7-8-də Lüksemburqda keçiriləcək.

Trend-in Litvanın Avropa İttifaqı (Aİ) Şurasında sədrliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas Litvanın Aİ Şurasında sədrliyi və Avropa Komissiyası tərəfindən birgə keçirilir.

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan nümayəndələr Aİ nazirləri ilə birgə gələcək islahatlar və ədliyyə, daxili işlər və miqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

İclasda, həmçinin korrupsiyaya qarşı mübarizə, Aİ-nin mütəşəkkil və transmilli cinayətkarlıqla mübarizə siyasəti müzakirə olunacaq.

Litvanın Aİ Şurasında sədrliyi ədliyyə və daxili işlər nazirlərinin iclaslarının müntəzəm olaraq keçirilməsinin tərəfdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti