...

Əli Əhmədov: Növbəti 5 il Azərbaycanda ötən illər ərzində əldə olunan uğurların davam etdirilməsində yeni bir mərhələ olacaq

Siyasət Materials 6 Oktyabr 2013 16:16 (UTC +04:00)
"Hesab edirəm ki, növbəti 5 il ötən illər ərzində əldə olunan uğurların davam etdirilməsi, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə uğurla təmsil olunmasında yeni bir mərhələ olacaq".
Əli Əhmədov: Növbəti 5 il Azərbaycanda ötən illər ərzində əldə olunan uğurların davam etdirilməsində yeni bir mərhələ olacaq

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.Mehdiyev/

"Hesab edirəm ki, növbəti 5 il ötən illər ərzində əldə olunan uğurların davam etdirilməsi, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə uğurla təmsil olunmasında yeni bir mərhələ olacaq". Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində partiyanın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, növbəti 5 illə bağlı Prezident İlham Əliyevin proqramı xalqa xidmət etmək, xalqın rifahını daha da yaxşılaşdırmaq, xalqın mənafeyinə cavab verən işləri həyata keçirməkdən ibarətdir. Bu hədəflər qarşıdakı 5 ildə Prezident İlham Əliyevin fəaliyyətində və gördüyü işlərdə öz əksini tapacaq.

YAP rəsmisinin sözlərinə görə, təbii ki, 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən islahatlar və siyasət böyük uğurlara gətirib çıxarıbsa, deməli, növbəti 5 il ərzində də bu siyasət əsas parametrləri ilə davam etdiriləcək:

"Bütövlükdə, "İlhamla irəli" konsepsiyasının seçki şüarı kimi seçilməsi də elə bu məqsədə xidmət edir ki, növbəti 5 ildə də islahatlar davam etdirilsin. Yəni, bundan sonra da Azərbaycanın müsbət mənada, inkişaf əsasında, tərəqqi zəminində dəyişdirilməsi prosesi davam etdiriləcək. Bu, Azərbaycanın bir tərəfdən iqtisadi qüdrətinin artırılmasında ifadə olunacaq, digər tərəfdən, iqtisadi inkişaf zəminində Azərbaycanda sosial rifah səviyyəsinin daha da yüksəldilməsi ilə müşayiət olunacaq. Eyni zamanda, təbiidir ki, dövlətin gücünün, qüdrətin artırılması və digər göstəricilər üzrə Azərbaycanın daha da müasirləşməsi, modernləşdirilməsi xətti davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti