...

Azərbaycanda xəstələr yatdıqları xəstəxanalarda səs verəcəklər

Siyasət Materials 7 Oktyabr 2013 16:49 (UTC +04:00)
Azərbaycanda xəstəxanalarda müalicə edilən xəstələr 9 oktyabr prezident seçkiləri günü elə həmin səhiyyə müəssisəsində səs verəcəklər.
Azərbaycanda xəstələr yatdıqları xəstəxanalarda səs verəcəklər

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda xəstəxanalarda müalicə edilən xəstələr 9 oktyabr prezident seçkiləri günü elə həmin səhiyyə müəssisəsində səs verəcəklər. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, artıq ölkənin hər bir xəstəxanasında seçki məntəqəsi yaradılıb:

"Stasionar müəssisələrdə müalicə edilən xəstələr həmin məntəqələrdə səs verə biləcəklər. Bu məntəqələr yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti