...

Rusiyalı müşahidəçi: Seçki təbliğatı və təşviqatı dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb

Siyasət Materials 8 Oktyabr 2013 12:08 (UTC +04:00)
Rusiyadan olan müşahidəçi, vəkil Sergey Mirzoev bildirib ki, seçki təbliğatı və təşviqatı dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb.
Rusiyalı müşahidəçi: Seçki təbliğatı və təşviqatı dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir S.Əhmədova/

Rusiyadan olan müşahidəçi, vəkil Sergey Mirzoev bildirib ki, seçki təbliğatı və təşviqatı dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb. Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında S.Mirzoev bildirib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərində təşviqat üçün bütün namizədlərə bərabər hüquqlar verilib: "Heç bir halda məhdudiyyətlərdən söhbət gedə bilməz. Seçicilər namizədlər haqqında geniş məlumatları mətbuat orqanlarından və televizya kanallarından alırlar. Misal üçün, mən Heydər Əliyev prospektində xeyli sayda namizədin təşviqat lövhələrini gördüm. Bu da namizədlərin təbliğat və təşviqat kampaniyası üçün hər bir şəratinin yaradıldığını göstərir".

S.Mirzoev qeyd edib ki, olduqları bütün seçki məntəqələrində seçici siyahıları var: "Bu, bütün seçkilərə hazırlığın ümumi mərhələsində çox müsbət bir haldır. Biz bunu yüksək göstərici kimi qiymətləndiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti