Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/
İndiyə kimi müşahidə etdiyimiz seçki məntəqələrində heç bir neqativ hal qeydə almamışıq. Trend-in məlumatına görə, bunu Almaniya müşahidə missiyasının üzvü, Almaniya parlamentinin üzvü Haqqı Kəskin bildirib.
Onun sözlərinə görə, məntəqələrdə seçki aktivliyi müşahidə olunur.
Qeyd edək ki, professor Haqqı Kəskin 23 saylı Nəsimi-Səbail seçki dairəsi 20 saylı məntəqədə müşahidə aparır.
H.Kəskinin sözlərinə görə, "exit-pollar"ın təşkili çox bəyəniləndir. Bu, seçkilərin şəffaf keçirilməsində çox yaxşı addımdır: "Biz Azərbaycanda demokratik seçkilərin keçiriləcəyinə ümid edirik".
Qeyd edək ki, sözügedən seçki məntəqəsinin sədri Faina Ələkbərovanın sözlərinə görə, indiyə kimi 100-ə yaxın seçici səs verib. O qeyd edib ki, heç bir neqativ hall müşahidə olunmayıb.