...

MSK sədri seçkilər zamanı baş verən pozuntuları açıqlayıb

Siyasət Materials 9 Oktyabr 2013 14:54 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında gün ərzində dairə seçki komissiyalarından (DSK) hüquq pozuntuları ilə bağlı daxil olan məlumatları açıqlayıb.
MSK sədri seçkilər zamanı baş verən pozuntuları açıqlayıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında gün ərzində dairə seçki komissiyalarından (DSK) hüquq pozuntuları ilə bağlı daxil olan məlumatları açıqlayıb.

Trend xəbər verir ki, MSK sədrinin sözlərinə görə, yerlərdən bildiriblər ki, bəzi məntəqələrdə qanun pozuntuları baş verib.

O bildirib ki, Cəbrayıl DSK-da çöldə dayanıb seçicinin məntəqəyə daxil olmasına mane törədən şəxs olub:

"Ağdaşda bir nəfər özünü mətbuat işçisi kimi təqdim edib və sonradan seçki prosesinə müdaxiləyə cəhd edib. Cəlilabad rayonunda isə bir şəxs 10 bülleten götürərək qaçıb. Digər faktlar - seçicilərin etirazına baxmayaraq, seçki məntəqəsində çəkiliş aparılıb".

M.Pənahov əlavə edib ki, Zərdabda Cəmil Həsənlinin müşahidəçisi telefonla qeyri-qanuni çəkiliş aparıb və bunu istəməyən seçiciyə söyərək onu təxribata cəlb edib. Gəncədə isə şəxsiyyət vəsiqəsində ata adı səhv olan şəxs səs vermək istəyini bildirib:

"Bir sıra şəxslər eyni üsulla qarşısındakıları təhqir edərək, onları çaxnaşmaya təhrik edib, məntəqə komissiyasının üzvlərini hədələyiblər".

Sədr qeyd edib ki, bu cür məsələlər təxribat xarakterlidir və hər biri ciddi şəkildə araşdırılacaq: "Biz narahat idik ki, təxribat xarakterli addımlar atırlar. Başqa qüvvələrin maraqlarına xidmət etməyən hər bir insan ölkədə normal seçkilərin keçirilməsini istəməlidir. Xoşagəlməz halların olmasından heç kim sığortalanmayıb, lakin hər kəs çalışmalıdır ki, belə xoşagəlməz hallar olmasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti