...

Əflatun Amaşov: Mətbuat Şurasının "qaynar xətti"nə cəmi bir müraciət daxil olub

Siyasət Materials 9 Oktyabr 2013 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Mətbuat Şurasında (MŞ) 9 oktyabr prezident seçkisi ilə əlaqədar yaradılmış "qaynar xətt"ə prosesi işıqlandıran jurnalistlər tərəfindən gün ərzində cəmi 1 müraciət daxil olub. Bunu Trend-ə Şuranın sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov deyib ki, müraciət texniki xarakterli olub və yerindəcə həll edilib.

Onun sözlərinə görə, MŞ İdarə Heyətinin üzvləri məntəqələri gəzir və vəziyyətlə yerindəcə tanış olurlar.

MŞ sədri, xüsusilə media nümayəndələri üçün yaradılan şəraitlə tanış olduqlarını bildirib: "Mətbuat Şurasının müxtəlif yerlərdə seçkini izləyən monitorinq qrupunun üzvləri də media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti