...

11 saylı cəzaçəkmə müəssisəsində məhkumların çoxu səsvermədə iştirak edib

Siyasət Materials 9 Oktyabr 2013 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində 8 saylı Binəqədi 1-ci Seçki Dairəsinin 39 saylı seçki məntəqəsində saat 15:20-yə olan məlumata görə, prezident seçkilərində siyahı üzrə 1214 seçicidən 850 nəfəri səsvermədə iştirak edib. Bunu Trend-ə məntəqə seçki komissiyasının sədri Ataxan Bədəlov deyib.

Bədəlovun sözlərinə görə, məntəqədə səsvermə prosesi səhər saat 8:00-dan başlayıb və səsvermə zamanı heç bir problem və ya qanun pozuntusu qeydə alınmayıb. O deyib ki, məhkum seçicilər kompakt şəkildə səsvermədə iştirak edirlər.

Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə 13 il azadlıqdan məhrum edilmiş və 7 il 6 aydır məhkumluq həyatı yaşayan Şixaliyev Fətəli Mirəli oğlu artıq ikinci dəfədir ki, prezident seçkilərində həbsxanada səs verir. Onun sözlərinə görə, seçki kampaniyası dövründə bütün məhkumlara prezidentliyə namizədlərin seçki platformaları ilə yaxından tanış olmağa tam şərait yaradılıb. İndi də könüllü şəkildə səsvermədə iştirak edirlər: "Burada namizədlərin seçki platforması, Seçki Məcəlləsi ilə tanış olmuşuq. Televizorda namizədlərin debatlarına baxmışıq. Bizə kimə səs verməyimizə görə heç bir təzyiq göstərilməyib. İndi də azad və könüllü şəkildə gəlib səsimizi veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti