...

Türkiyəli millət vəkili: ABŞ-dakı seçkilərlə Azərbaycanda keçirilən seçkilər arasında elə də ciddi texniki fərq yoxdur

Siyasət Materials 9 Oktyabr 2013 19:56 (UTC +04:00)
"İnanıram ki, Azərbaycan bu seçkilərdən də alnıaçıq çıxacaq". Trend-in məlumatına görə, bunu jurnalistlərə türkiyəli millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının QHT Forumunun həmsədri İsmayıl Safi bildirib.
Türkiyəli millət vəkili: ABŞ-dakı seçkilərlə Azərbaycanda keçirilən seçkilər arasında elə də ciddi texniki fərq yoxdur

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

"İnanıram ki, Azərbaycan bu seçkilərdən də alnıaçıq çıxacaq". Trend-in məlumatına görə, bunu jurnalistlərə türkiyəli millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının QHT Forumunun həmsədri İsmayıl Safi bildirib.

Onun sözlərinə görə, bu gün onlar 4 nəfərlik nümayəndə heyəti ilə Azərbaycanda keçirilən seçkiləri izləyirlər:

"Məntəqələrdə olduğumuz zaman seçici fəallığının kifayət qədər yüksək olmasının və səsvermə üçün bütün zəruri şəraitin yaradılmasının şahidi olduq. Bundan əlavə, biz məntəqələrdə təkcə hakimiyyət təmsilçiləri deyil, eyni zamanda, müxalifət, müstəqil namizədlər və digər müşahidəçilər üçün şərait yaradıldığını gördük. Bütün bunlar bir daha seçkilərin azad və şəffaf keçirilməsinə dəlalət edən amillərdir və biz seçkilərin demokratik məcrada keçirilməsinin şahidi olduq".

Artıq Azərbaycanda üçüncü dəfə seçkiləri izlədiyini deyən türkiyəli millət vəkili bildirib ki, hər seçkidən seçkiyə təkmilləşmənin şahidi olur və seçkilər daha demokratik şəraitdə keçirilir:

"Bundan əvvəl mən ABŞ-da seçkiləri izlədim və oradakı seçkilərlə burada keçirilən seçkilər arasında elə də ciddi texniki fərq hiss etmədim. Bəzi yerlərdə hansısa problemin olması istisna deyil və belə hallar dünyanın hər yerində olur. Bütün bunlara baxmayaraq, biz Azərbaycanda hər dəfə daha demokratik seçkilərin keçirildiyinin şahidi oluruq ki, bu da siyasi və iqtisadi cəhətdən müstəqil siyasət yürüdən Azərbaycanın demokratiya istiqamətində ciddi addım atmasının və bu yolda irəliləməsinin göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti